480
19:48
05 Avqust 2019

Bu həşərat 52 milyard insanın ölümünə səbəb olub

Dünya elm adamları balaca varlıqlar olan ağcaqanadlar üzərində araşdırmaları genişləndirib.

Dünyada bu günə kimi yaşamış insanların 52 milyardı ağcaqanadların daşıdığı xəstəliklər səbəbindən ölüb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tarixçi yazar Timoti Vineqard ağcaqanadlar üzərində apardığı araşdırmalardan sonra bu nəticəyə gəlib.

Araşdırmalara görə tarixdə ən çox insan ağcaqanadların vasitəsilə ölüb. Yaxın vaxtlarda ağcaqanadların yaydığı xəstəliklər ucbatından ölənlərin sayı daha da arta bilər.

Tarixçi ağcaqanadların daşıdığı virusların müharibələrdə silah kimi istifadə olunduğunu açıqlayıb.

Dünya Səhiyyə Təşikaltı hər il təxminən 800 min insanın ağcaqanadların daşıdığı xəstəliklərdən öldüyünü açıqlayıb.

Ağcaqanadların yaydığı xəstəliklərdən təsirlənən sadəcə insanlar deyil. Quş növləri də ağcaqanadların daşıdığı xəstəliklər səbəbilə yox olur.

Ən önəmli problem isə ağcaqanadların qida zəncirində necə bir yerə sahib olduğunun bilinməməsidir. Elm adamlarına görə, Yer kürəsində istiləşmə davam edərsə, ağcaqanadların daşıdığı viruslara məruz qalanların sayı da sürətlə artacaq.

2080-ci ilə kimi daha bir milyard insan ağcaqanadların yaydığı viruslardan təsirlənə bilər. Şimali Amerika və Avropa yaxın gələcəkdə ağcaqanadların daşıdığı virusların yayıla biləcəyi bölgələr sırasında yer alır.