221
12:57
05 Avqust 2019

DİQQƏT: Bu prospektdə sürət həddi endirildi

“Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür”.
Bakı Nəqliyyat Agentliyindən Lent.az -a bildirilib ki, bu çərçivədə Heydər Əliyev prospekti-Hava limanı və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün hərəkət zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məlumat lövhələrinə güclü küləklə bağlı xəbərdaredici məlumatı yazılıb.