164
12:44
05 Avqust 2019

Ali məktəblərə ixtisas seçimi başa çatır

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi avqustun 6-sı saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən Lent.az -a bildirilib ki, abituriyentlər (həmçinin subbakalavrlar) həmin vaxta qədər öz seçimlərini dəqiqləşdirməli vəixtisas seçimietməklə ərizələrini təsdiq etməlidirlər. Bəzi abituriyentlər isə ixtisas seçimi edib ərizələrini yadda saxlasalar da, onu təsdiq etməyiblər. Elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak edə bilməyəcəklər.

Abituriyentlər (həmçinin subbakalavrlar) qəbul olmaq istədikləri ixtisasları “Abituriyent” jurnalının 4-cü nömrəsindən seçib onların kodlarınıDİM-in saytının müvafiq səhifəsində“Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nədaxil edib təsdiq etməlidirlər.