124
12:02
05 Avqust 2019

Vilayət Eyvazov Şəkidə vətəndaşları qəbul edəcək

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov avqustun 31-də Şəki Şəhər-Rayon Polis Şöbəsində Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ rayonlarının sakinlərini qəbul edəcək.
Daxili İşlər Nazirliyindən APA -ya verilən məlumata görə, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.