259
11:33
05 Avqust 2019

Sumqayıtda güclü külək binanın damını uçurdu - FOTO

Güclü külək Sumqayıtda fəsadlar törədib.
APA -nın yerli bürosunun məlumatına görə, ötən gün axşam saatlarından başlayan güclü külək Sumqayıt şəhərində fəsadlar törədib. Şəhərin 3-cü mikrorayon ərazisində yerləşən 12 mərtəbəli binanın fasadının bəzi hissələrini və dam örtüyünü külək uçurub.
Xəsarət alan olmayıb. Əraziyə giriş-çıxış məhdudlaşdırılıb.