1063
17:36
05 Avqust 2019

Məkkədə ölən zəvvarımız dəfn edildi - YENİLƏNİB

Məkkədə ölən zəvvarımız təxminən bir saat əvvəl dəfn edilib.

Bu barədə Lent.az -a QMİ-nin nümayəndəsi məlumat verib. O bildirilib ki, ölən zəvvar Məkkədə Şövqiyyə qəbiristanlığında dəfn olunub.

10:57

Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanında olan azərbaycanlı zəvvarlardan biri bu gecə ürəktutmasından vəfat edib.

Bu barədə Lent.az -a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Məkkədə olan nümayəndəsi məlumat verib.

QMİ rəsmisi bildirib ki, ölən zəvvar Ağdamdan olan Şükürov Bəhmən Məhəmməd oğludur.

1950-ci il təvəllüdlü zəvvar Kəbədə Həcc əməllərini yerinə yetirən zaman halı pisləşib. Ona qan təzyiqinin kəskin aşağı düşməsi diaqnozu qoyulub. Müdaxilələrə baxmayaraq zəvvar dünyasını dəyişib.

Hazırda dəfnə hazırlanan zəvvar günorta saatlarında Məkkədə torpağa tapşırılacaq.