144
10:43
05 Avqust 2019

Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artdı

Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı artıb
İyul ayında Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı 13.1 faiz artıb.
APA -nın yerli bürosunun xəbərinə görə, Gürcüstan Milli Turizm Agentliyinin rəhbəri Mariam Kvrivişvili bildirib ki, iyul ayı ərzində Gürcüstanı 1 099 474 nəfər əcnəbi turist ziyarət edib.
Onun sözlərinə görə, bu isə 2018-ci ilin analoji dövrü ilə müqaisədə 5.8 faiz çoxdur.
M. Kvrivişvili qeyd edib ki, iyul ayında Rusiyadan Gürcüstana gələn turistlərin sayında 6.4 faiz azalma müşahidə olunub.