146
10:15
05 Avqust 2019

Kolleclərə ixtisas seçimi başa çatır

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.

Dövlət İmtahan Mərkəzindən Lent.az -a verilən məlumata görə, ixtisas seçiminəqəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə)ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayanabituriyentlər buraxılırlar.

Avqustun 5-i saat 09:10-a olan məlumata əsasən ixtisas seçimi edən abituriyentlərin sayı belədir:

Azərbaycan bölməsi -12928; rus bölməsi -263; cəmi -13191

Müsabiqəyə qeyd olunan vaxtadək ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.