174
10:09
05 Avqust 2019

Bu rayonlarda qaz yoxdur - SƏBƏB

Tovuz və Ağstafa rayonlarının bir neçə yaşayış məntəqəsində bu gün saat 08:00-dan qaz təchizatı dayandırılıb.

Bu barədə Lent.az -a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, təchizatın dayandırılması Qaz İxrac İdarəsinin “Qazıməmməd-Qazax” magistral kəmərində aparılan təmir işləri ilə bağlıdır.

Qaz təchizatı işlər başa çatanadək olmayacaq.

Bundan başqa bu gün səhər saat 10:00-dan avqustun 6-sı işlər başa çatanadək Qaz İxrac İdarəsinin balansındakı magistral xətlərdə aparılan sazlama işləri ilə əlaqədar Qazax şəhərinin bir hissəsi, bir neçə kənd, bir sənaye müəssisəsi və 2 məktəbdə qaz təchizatı dayandırılacaq.