368
09:15
04 Avqust 2019

Badımcandan dərman hazırlandı: bu xəstəliklərə görə

Badımcandan indiyə kimi bir çox dərmanların hazırlanmasında istifadə olunub, eləcə də bu tərəvəzin çox şəfalı, faydalı olduğu hər kəsə məlumdur. Bu dəfə alimlər parlaq görünüşünün olduğunun əsas gətirərək onun dəri üçün faydalı olub-olmayacağını araşdırıblar.
Türkiyədəki araşdırma mərkəzlərindən birində badımcanın dəri xəstəliklərinə təsiri barədə araşdırma aparılıb. Nəticədə onun tərkibində olan qlikoalkaloid adlı maddədən dəri xəstəliklərinin müalicəsində istifadə olunan dərman hazırlanıb.
Alimlər bu tərəvəzə parlaqlıq, gözəl görünüş verən maddənin dəriyə də eyni qüsursuz hal verib-verməyəcəyi sualına cavab tapmağa çalışıblar. Parlaqlıq verən maddəni ayıraraq dərman halına gətiriblər.
Dərman hazırlanandan sonra dəridə olan problemlərlə bağlı təcrübədən keçirilib və çox yaxşı nəticə əldə olunub.
Qlikoalkaloid yüksək dozada həm heyvanlara, həm də insanlara toksiki təsir edir. Hətta ölümə səbəb olur. Amma hazırlanan dərmanda onun zəhərli deyil, aşağı dozası seçilib.
O da bildirilir ki, badımcanın içində olan qlikoalkaloid mədəni badımcana nisbətən yabanı badımcanda daha çox toplanıb. Hazırda lazım olan molekulların yabanı badımcandan sintezi istiqamətində çalışmalar davam edir.