225
18:01
03 Avqust 2019

Tərtərdə minalar aşkarlandı

Avqustun 3-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Tərtər rayonu, Şıxarx qəsəbəsi ərazisində tank əleyhinə minanın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Lent.az -a verilən məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tərtər rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Tərtər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə həmin ərazidə yol kənarına baxış keçirilib.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd təlim məqsədli tank əleyhinə TM-62M minası aşkar olunub və Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Minaların ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.