556
12:39
03 Avqust 2019

Ləzzətli şaftalı mürəbbəsi - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “BIS-DUS Babayeva” adı ilə məşhur olan səhifəyə istinadla şaftalı mürəbbəsi resepti ilə tanış edəcəyik.
Tərkibi:
3 kiloqram şaftalı, 3 kiloqram 200 qram şəkər tozu.
Hazırlanma qaydası:
Şaftalı mürəbbəsi bişirilən zaman çalışmaq lazımdır ki, meyvələr ağ olsun, çünki belə olduqda mürəbbənin həm ətri, həm də rəngi daha gözəl olur.
Mürəbbə üçün şaftalıların qabıqları soyulur, doğranılır və tumundan ayrılır. Daha sonra meyvələr qabdakı şəkər tozunun üzərinə əlavə edilir, qarışdırılır. Qarışıma isə su tökülmür, çünki özünün kifayət qədər suyu olur.
Suyu çıxdıqdan sonra isə 15-20 dəqiqə yüksək təzyiqdə qaynadırıq və soyudub servis edirik.
Nuş olsun!