164
17:41
02 Avqust 2019

100-ə yaxın şəxs Azərbaycan vətəndaşlığına qəbul olunub

İyulun 26-da Prezident İlham Əliyevin 83 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi haqqında imzaladığı sərəncamın icrası olaraq, Dövlət Miqrasiya Xidmətində (DMX) həmin şəxslərin təntənəli andiçmə mərasimi keçirilib.

Xidmətdən Lent.az -a bildirilib ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib ki, bu illər ərzində müraciətlərin rahat şəkildə təşkili nəzərə alınıb.

O qeyd dib ki, tolerant və multikultural, təhlükəsiz ölkə kimi tanınan Azərbaycan bu gün dünya dövlətləri sırasında sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə dinamik inkişafı ilə fərqlənir. Məhz bu səbəbdən Azərbaycanın tam hüquqlu vətəndaşı olmaq həqiqətən də böyük fəxr və xoşbəxtlikdir.

Sonra vətəndaşlığa qəbul olunan 83 nəfər təntənəli şəkildə Azərbaycanın Dövlət Bayrağı önündə Konstitusiyaya əl basaraq, dövlət dilində ölkəmizə sadiq olacaqları barədə and içiblər.