222
17:15
02 Avqust 2019

Nazirlik “Azərsu"nu məhkəməyə verir

Heydər Əliyev prospekti 103 A ünvanında ağacların qurudulması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayəti nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları yerində araşdırıb.
Nazirlikdən Lent.az -a verilən məlumata görə, araşdırma zamanı sözügedən ünvanda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məxsus binanın həyətində aparılan tikinti işləri zamanı ağacların qurudulduğu faktı aşkar edilib.
Faktla bağlı “Azərsu” barəsində protokol tərtib olunub və toplanmış materiallar məhkəməyə hazırlanır.