İspaniya klubunun oyunçusu “Qalatasaray”da
02 avqust 2019 14:59 (UTC +04:00)

İspaniya klubunun oyunçusu “Qalatasaray”da

Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
APA-nın məlumatına görə, İstanbul təmsilçisi Türkiyə milli komandasının oyunçusu Əmre Moru icarəyə götürüb.
 
İspaniyanın “Selta” klubu ilə futbolçusu 2019/2020 mövsümündə “sarı-qırmızılar”ın formasını geyinəcək. “Qalatasaray” Viqo təmsilçisinə 600 min avro ödəyəcək. Futbolçunun özü isə bu keçiddən 725 min avro qazanacaq.
 
Müqaviləyə əsasən, istanbullular bir ildən sonra 8 milyon avro ödəməklə 22 yaşlı hücumçunu transfer edə bilərlər.
# 700
avatar

Oxşar yazılar