136
15:02
02 Avqust 2019

900 nəfərə yaxın əlilin istirahəti təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari il 1200 nəfərdən çox əlilliyi olan şəxsin Azərbaycanda olan istirahət mərkəzlərində istirahətinin təşkili nəzərdə tutulub.


Nazirlikdən Lent.az -a verilən məlumata görə, bu ilin ötən dövründə onlardan artıq 892 nəfər Quba, Qusar, Xaçmaz, Lənkəran, rayonlarındakı istirahət mərkəzlərinə yola salınıb.


Əlilliyi olan şəxslərin istirahətinin təşkili “2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən həyata keçirilir. Proqramda əlilliyi olan şəxslərlə bağlı digər tədbirlərlə yanaşı, onların asudə vaxtlarının təşkili məqsədilə istirahət zonalarına göndərilməsi də yer alıb.