168
14:55
02 Avqust 2019

Zəvvarlarımız bu gecə dini ayinlərin icrasına başlayacaq

Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına ötən gecə gedən 180 nəfərlik zəvvar qrupu Məkkədə hotellərə yerləşdirilib, onların vəziyyəti yaxşıdır.

Bu barədə Lent.az -a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Məkkədə olan nümayəndəsi məlumat verib: “Zəvvarlar Ciddəyə, oradan da Məkkəyə gəldilər. Hotellərinə yerləşdirilən zəvvarlarla bağlı heç bir problem yoxdur. Gecə saatlarında zəvvar qrupumuz ilk dini ayinləri ümreyi qudumu icra etmək üçün Hərəmə-Kəbəyə gedəcəklər”.

QMİ nümayəndəsi bildirib ki, Bakı vaxtı ilə axşam 18:40-da Azərbaycandan zəvvarları gətirən ikinci təyyarə Ciddəyə enəcək.

Onlar təxminən gecə saat 11:00-da Məkkəyə çatacaqlar.

Zəvvarların Məkkəyə daşınması avqustun 6-dək davam edəcək.

Qeyd edək ki, bu il Azərbaycan zəvvarları üçün 1440 nəfərlik kvota müəyyənləşdirilib.

Həcc ziyarətinin qiyməti 4285 dollardır.

Zəvvarların ziyarətdən dönüşü bu ayın 21-dən 25-dək baş tutacaq.