Azərbaycanlı zəvvarların ilk qrupu Məkkəyə çatıb
02 avqust 2019 11:51 (UTC +04:00)

Azərbaycanlı zəvvarların ilk qrupu Məkkəyə çatıb

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu bu gecə təyyarə ilə yola düşüb.
 
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə,  zəvvarlar artıq Məkkə şəhərinə çatıblar.
 
Bildirilib ki, zəvvarların ikinci qrupu bu gün saat 14:50-də yola düşəcək.
 
Qeyd olunub ki, Həcc ziyarətinə gedəcək zəvvarlar 5 avqusta qədər təyyarı ilə yola salınacaq. Zəvvarlar avqustun 21-25-də geri dönəcəklər. 
 
Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarəti üçün ayrılan 1400 nəfərlik kvota dolub. Azərbaycandan Həcc ziyarətinə gedəcək ən yaşlı zəvvarın 80, ən gənc zəvvarın isə 19 yaşı var. 
# 569
avatar

Oxşar yazılar