229
16:49
01 Avqust 2019

Rusdilli “Vikipediya”da Muğan hadisələri ilə bağlı məqalə yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AME) Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin könüllüsü Nicat Əzimzadə rusdilli “Vikipediya”da Muğan hadisələri ilə bağlı məqalə yaradıb.

Lent.az -ın məlumatına görə, məqalədə baş verən tarixi hadisələr haqqında ətraflı məlumat verilib. Lənkəranı özünə mərkəz seçən qanunsuz birləşməni Azərbaycan milli ordusu 1919-cu il avqustun 13-də süquta uğradıb.

Məqalə rusdilli “vikipediya”da seçilmiş məqalə statusunu alıb.