211
12:00
01 Avqust 2019

Xırdalanda yol bağlanacaq: marşrutlarda dəyişiklik olacaq?

Xırdalan şəhərinin Heydər Əliyev prospektində aparılacaq təmir-tikinti işləri ilə əlaqədar bu gündən prospektdə hərəkət birtərəfli olmaqla məhdudlaşdırılıb.

Bu barədə Lent.az -a məlumat verən Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib ki, 517, 592, 596 saylı marşrut xətlərinin hərəkət trayektoriyasında dəyişiklik edilməyəcək:

"Ancaq pik saatlarda sıxlıq olarsa, nəqliyyat vasitələri Mehdi Hüseynzadə küçəsi ilə hərəkət edərək Xırdalan dairəsinə daxil ola biləcəklər.

Müvəqqəti məhdudlaşdırılma bir neçə gün davam edə bilər".