184
11:38
01 Avqust 2019

Azərbaycanda 14 nəfər qidadan zəhərlənib - RƏSMİ

2019-cu ilin iyul ayı ərzində Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1 632 müraciət daxil olub.
Bu barədə Lent.az -a qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, daxil olan müraciətlərdən 302-i sertifikatlaşdırma və qeydiyyat, 355-i idxal-ixrac əməliyyatları, 175-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.
Qida zəhərlənmələri ilə bağlı agentliyə 41 müraciət daxil olsa da, onların yalnız 14-ü təsdiqini tapıb.
Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.
Müvafiq dövrdə agentliyə daxil olan müraciətlərin 121-i işə qəbulla, 638-i isə digər xarakterli olub.