189
10:31
01 Avqust 2019

PREZİDENT: "Bu məsələyə çox ciddi diqqət göstərilməlidir"

“Küçə işıqlandırılması hələ də lazımi səviyyədə deyil. Şəhərin mərkəzi təbii ki, işıqlandırılır, ancaq bəzi yerlərdə küçə işıqlandırılması yoxdur”.
APA -nın xəbərinə görə, bunu Prezident İlham Əliyev iyulun 31-də keçirilmiş sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib.
Dövlət başçısı bildirib ki, bu məsələyə çox ciddi diqqət göstərilməlidir.
“İndi məişət tullantılarının idarə olunması istiqamətində addımlar atılır. Bir neçə il bundan əvvəl Balaxanıda böyük məişət tullantıları zavodu inşa edilib, poliqon salınıb, çeşidləmə aparılır. Biz zəncir yaratmalıyıq. Qapıdan ta məişət tullantıları zavoduna qədər vahid zəncir olmalıdır. Hazırda beynəlxalq məsləhətçilərin iştirakı ilə bu layihə Bakı şəhərində icra edilir”, - deyə Prezident İlham Əliyev əlavə edib.
Azərbaycan Prezidenti qeyd edib ki, şəhərətrafı dəmir yolu xəttinin çəkilişi davam edir: “Bu da çox önəmli layihədir. Bakıda yeni istirahət zonaları yaradılır. Bakı bu gün parklar, bağlar şəhəridir, istirahət zonaları vətəndaşların sərəncamına verilir və bu, əhali tərəfindən yüksək qiymətləndirilir”.