164
09:45
01 Avqust 2019

DİQQƏT: Bu ərazilərdə qaz olmayacaq

Bu gün saat 12:00-dan 15:00-dək Hacıqabul rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq.
Bu barədə Lent.az -a "Azəriqaz"ın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu, ölçü hesablayıcı avadanlıqların və digər qurğuların təftişi, eləcə də sazlama işləri ilə əlaqədardır.
Saat 14:00-dan işlər başa çatanadək Beyləqanın ümumi abonent sayı 1353 nəfər olan 4 kəndində də qaz təchizatı dayandırılacaq. Bu müddət ərzində orta təzyiqli yeraltı qaz kəmərlərində müəyyən sazlama işləri aparılacaq.