O da "Barselona"dan ayrılır - <span style="color:red;">FOTO
31 iyul 2019 19:12 (UTC +04:00)

O da "Barselona"dan ayrılır - FOTO

"Barselona"nın hücumçusu Malkom "Zenit"ə keçir.
 

Klublar artıq braziliyalı futbolçunun transferi ilə bağlı razılığa gəliblər. 22 yaşlı forvardın avqustun 2-də Sankt-Peterburqa gedib tibbi müayinədən keçəcəyi bildirilir. "Zenit"in Malkoma görə Kataloniya təmsilçisinə 40 milyon avro təzminat ödəyəcəyi iddia olunur.

Qeyd edək ki, ötən ilin yayında "Bordo"dan "Barselona"ya keçən Malkom ispan klubu ilə 5 illik müqavilə bağlamışdı. /qol.az

# 761
avatar

Oxşar yazılar