Mövsümün ən yaxşı məşqçisi kim olacaq - 10 iddiaçı var
31 iyul 2019 16:49 (UTC +04:00)

Mövsümün ən yaxşı məşqçisi kim olacaq - 10 iddiaçı var

 
2018/2019-cu illər mövsümünün ən yaxşı futbol məşqçisi adına namizədlər müəyyənləşib.
 
APA-nın məlumatına görə, FİFA bu ada 10 iddiaçının adını açıqlayıb.
 
Bunlar Camel Belmadi (Əlcəzair), Didye Deşam (Fransa), Marselo Qalyardo (“River Pleyt”), Rikardo Qareka (Peru), Xosep Qvardiola (“Mançester Siti”), Yurgen Klopp (“Liverpul”), Maurisio Poçettino (“Tottenhem”), Fernandu Santuş (Portuqaliya), Erik ten Haq (“Ayaks”) və Titedir (Braziliya).
 
Dünyanın ən yaxşı məşqçisi azarkeşlər arasında FİFA-nın rəsmi saytı vasitəsilə aparılacaq səsvermə ilə müəyyənləşəcək. Qalibin adı sentyabrın 23-də İtaliyanın Milan şəhərindəki tədbirdə açıqlanacaq.
# 483
avatar

Oxşar yazılar