314
15:36
31 İyul 2019

Azərbaycanda qarayara xəstəliyindən bir nəfər öldü - RƏSMİ

Sabirabad Mərkəzi Rayon Xəstəxanasının İnfeksiya şöbəsinə yüksək hərarətlə 2 nəfər müraciət edib.
Bu barədə Lent.az -a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ilk olaraq onlar hərarətlərinin soyuqdəymədən qalxmasını etimal ediblər:
"Lakin sonradan vəziyyətlərinin ağırlaşdığını görəndə qohumları xəstəxanaya müraciət etməyi qərarlaşdırıb. Müayinə zamanı infeksion şöbənin müdiri Fazil Əliyev xəstələrdə qarayara olmasını etimal edib. Bu səbəbdən də alınan nümunələr İmişli Rayon Taun Əleyhinə Stansiyaya göndərib. Nümunələri öyrənən Taun Əleyhinə stansiyanın mütəxəssisləri qarayara xəstəliyi diaqnozunu təstiqləyiblər.
Diaqnozu bildikdə xəstələrin qohumları onlarıpaytaxta aparmaq qərarına gəliblər. İyul ayının 25-i xəstələr ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. İyul ayının 29-u xəstələrdən biri – 60 yaşlı kişi dünyasını dəyişib.
Həkimlərin bildirdiyinə görə, yara ölənin sağ əlinin baş barmağında olub. Xəstəxanaya gətirilərkən xəstələr ağır vəziyyətdə olub. Hal-hazırda ikinci xəstənin müalicəsi davam edir".
Qeyd edək ki, bu xəstəlik, xəstə heyvanın emalı zamanı yoluxan infeksiyadır. İnsandan insana keçmir.
Həmçinin bu xəstəlikdən, 2014-cü ildə 10 nəfərdə, 2015-ci ildə 9 nəfərdə, 2016-cı ildə 10 nəfərdə, 2017-ci ildə 6 nəfərdə, 2018-ci ildə 9 nəfərdə, 2019-cu ildə 7 nəfərdə qeydə alınıb.