137
14:33
31 İyul 2019

Qaz təchizatı bərpa olundu

Qaz İxrac İdarəsinin balansında olan magistral qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə əlaqədar 30 iyuldan tətbiq olunan dayandırmalar bu dəqiqələrdə bərpa olunub.

Bu barədə Lent.az -a “Azəriqaz”dan məlumat verilib.

Bildirilib ki, qaz təchizatı Bərdə, Tərtər, Ağdam və Yevlax rayonlarının bir neçə yaşayış məntəqəsində dayandırılmışdı.