252
13:12
31 İyul 2019

Avqust ayında hava necə olacaq?

Azərbaycanda avqust ayında gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az -a bildirilib ki, avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasınayaxın olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının əsasən iqlim normasınayaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur. Birinciongünlükdə ölkə ərazisində hava şəraitinin mülayim, əsasən yağmursuzkeçəcəyi, lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyirayonlarda yağış yağacağı gözlənilir. Abşeron yarımadasında şimal küləyiüstünlük təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 22-27 dərəcə isti (gecələr 20-25, gündüzlər30-35 dərəcə isti, bəzi günlərdə 38 dərəcəyədək yüksələcəyi) olacağıgözlənilir ki, bu da iqlim normasına yaxındır.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 6-8 mm) gözlənilir.

Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperaturun 24-27 dərəcə isti (gecələr 18-23, gündüzlər32-37, bəzi günlərdə 39-41 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlimnormasına yaxındır.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 6-10mm) gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan,Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında

Orta aylıq temperaturun 17-20 dərəcə isti (gecələr 13-18, gündüzlər21-26 dərəcə isti, bəzi günlərdə 29 dərəcəyə yüksələcəyi) gözlənilir ki, bu da
iqlim normasına yaxındır.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı, bəziyerlərdə isə bir qədər çox olacağı (32-55 mm) gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Orta aylıq temperaturun 23-25 dərəcə isti (gecələr 20-25, gündüzlər30-35 dərəcə isti, bəzi günlərdə 38 dərəcəyə yüksələcəyi) gözlənilir ki, bu daiqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxınolacağı, bəzi yerlərdə isə bir qədər çox olacağı (15-27 mm) gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı,Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında

Orta aylıq temperaturun 21-24 dərəcə isti (gecələr 17-22, gündüzlər27-32, bəzi günlərdə 35-37 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlimnormasına yaxındır.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə birqədər çox olacağı olacağı (norma 13-116 mm) gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli,Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

Orta aylıq temperaturun 24-26 dərəcə isti (gecələr 22-27, gündüzlər32-37, bəzi günlərdə 39-41 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlimnormasına yaxındır.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə birqədər çox olacağı (norma 6-22 mm) gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

Orta aylıq temperaturun 22-25 dərəcə isti (gecələr 20-25, gündüzlər30-35 dərəcə isti, bəzi günlərdə 37 dərəcəyə yüksələcəyi) gözlənilir ki, bu daiqlim normasına yaxındır.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 13-83 mm) gözlənilir.