202
12:55
31 İyul 2019

Bakı polisi araşdırmalara başladı: İrlandiya mətbuatındakı yazıya görə

“Dandlak oyunçuları Qarabağla qarşılaşma öncəsi qanunla üz-üzə gəlirlər” (“Dundalk players in Azerbaijan brush with the law ahead of Qarabag clash”) sərlövhəli məqalədə iddia olunan hallar tərəfimizdən araşdırılır".
Bu sözləri Lent.az -a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsi mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. O qeyd edib ki, müvafiq qorunan yerlər və obyektlər istisna olmaqla, paytaxtın küçə, park, xiyaban və meydanlarında foto-video çəkilişlərlə bağlı məhdudiyyət yoxdur:
"Polis tərəfindən paytaxtda ictimai asayişin təmin edilməsində qarşıya qoyulan vəzifələr yüksək əzm və peşəkarlıqla həyata keçirilir".
Qeyd edək ki, dünən İrlandiya mətbuatında paytaxtda irlandiyalı fotoqrafların şəkil çəkdiyi zaman polis tərəfindən maneə yaradıldığı və icazə verilmədiyi barədə məlumat yayılıb.