156
13:06
31 İyul 2019

Avqustun 1-nə olan hava proqnozu

Azərbaycanda avqustun 1-nə olan hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli HidrometeorologiyaDepartamentindən Lent.az -a bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasındahava yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi gündüzşimal-şərq küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu Abşeron yarımadasında gecə 22-27, gündüz 33-38,Bakıda gecə 24-26, gündüz 35-37 dərəcə isti təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində(Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarındahava yağmursuz keçəcək, lakin Böyük və Kiçik Qafqazın bəziyerlərində yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterliolacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdəarabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz24-29 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlidikdə, avqustun 1-2-də Abşeron yarımadasında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.