“Qarabağ”ı izləmək üçün Bakıya gəldi
31 iyul 2019 11:37 (UTC +04:00)

“Qarabağ”ı izləmək üçün Bakıya gəldi

 
Kiprin APOEL klubunun baş məşqçisi Paolo Tramezzani Azərbaycana gəlib.
 
APA-nın məlumatına görə, italiyalı mütəxəssisin Bakı səfərinin məqsədi Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Dandolk” (İrlandiya) matçını izləməkdir.
 
Nikosiya klubunun çalışdırıcısı III təsnifat mərhələsindəki rəqibin müəyyənləşəcəyi görüşü canlı izləməyi məqsədəuyğun sayıb. Dünən Monteneqronun “Sutyeska” komandasını evdə 3:0 hesabı ilə yenən APOEL artıq bu mərhələyə vəsiqə qazanıb.
 
P.Tramezzani görüşdən dərhal sonra Bakıya yollanıb.
 
Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək “Qarabağ” – “Dandolk” matçı saat 21:00-da başlayacaq.
# 597
avatar

Oxşar yazılar