190
11:33
31 İyul 2019

80 yaşlı zəvvar Həccə gedir

Azərbaycandan Həcc ziyarətinə gedəcək ən yaşlı zəvvarın 80, ən gənc zəvvarın isə 19 yaşı var.
Bu barədə APA -ya Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.
Bildirilib ki, ən yaşlı zəvvar 1939-cu il təvəllüdlü, ən gənc zəvvar isə 2000-ci il təvəllüdlüdür.
QMİ-dən onu da bildiriblər ki, Həcc ziyarətinə gedəcək zəvvarlar təyyarə ilə 2-5 avqust aralığında yola salınacaq. Zəvvarlar avqustun 21-25-də geri dönəcəklər.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarəti üçün ayrılan 1400 nəfərlik kvota dolub.