5896
10:58
31 İyul 2019

Avqust ayında 11 gün iş olmayacaq

Avqust ilboyu işləyənlərin çoxu üçün əsasən tətil ayı olsa da, işləmək məcburiyyətində qalanlar da çox yorulmayacaq.

Lent.az xəbər verir ki, sabahdan start götürən avqust ayında 11 qeyri-iş günü olacaq.

Avqust ayının 3-4-ü, 10-11-i, 17-18-si, 24-25-i və 31-i tarixləri şənbə və bazar günlərinə düşür.

Ayın 12-i və 13-ü isə Qurban bayramı münasibətilə qeyri-iş günüdür.

Beləliklə, ayın 10, 11, 12 və 13-də davamlı olaraq 4 gün qeyri-iş günü, ümumillikdə ay ərzində isə 11 istirahət günü var.

Hər kəsə xoş istirahət arzu edirik.