216
10:03
31 İyul 2019

Bu rayonlarda qaz yoxdur

Qaz İxrac İdarəsinin balansında olan bir neçə magistral qaz kəmərində qaz sızmaları aşkar olunub.
Bu barədə Lent.az -a "Azəriqaz"ın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qaz sızmalarının ləğvi ilə əlaqədar 30 iyul axşam saat 19:00-dan etibarən 31 iyul saat 19:00-dək Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli rayonlarının bir hissəsində, eləcə də 30 iyuldan işlər başa çatanadək Bərdə,
Tərtər, Ağdam, Yevlax rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.