“Qarabağ” mərhələ adlasa, "APOEL"lə oynayacaq
31 iyul 2019 00:31 (UTC +04:00)

“Qarabağ” mərhələ adlasa, "APOEL"lə oynayacaq

Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunları start götürüb.

APA-nın məlumatına görə, yeddi qarşılaşma baş tutub.

Bu matçlardan sonra Çempionlar yolunda 5, Liqa yolunda 2 komanda növbəti raunda adlayıb. Azərbaycan çempionu “Qarabağ”ın rəqibi Kiprdə müəyyənləşib.

 

Monteneqroda “Sutyeska”nı 1:0 hesabı ilə yenən APOEL ev matçında böyükhesablı qələbəyə sevinib – 3:0. Bununla da Kipr təmsilçisi Ağdam klubuna mümkün rəqib olub.

Qurban Qurbanovun yetirmələri “Dandolk” səddini adlasa, bu komanda ilə görüşəcək. Təmsilçimiz səfərdə 1:1 hesablı heç-heçə etdiyi İrlandiya klubu ilə bu gün Bakıda görüşəcək.

Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
30 iyul
Liqa yolu

22:00. “Bazel” (İsveçrə) – PSV (Hollandiya) – 2:1
İlk oyun - 2:3
22:30. “Olimpiakos” (Yunanıstan) – “Viktoriya” (Çexiya) – 4:0
İlk oyun - 0:0
Çempionlar yolu
21:00. APOEL (Kipr) – "Sutyeska" (Monteneqro) – 3:0
İlk oyun - 1:0
21:00. “Makkabi” (Təl-Əviv, İsrail) – ÇFR (Kluj, Rumıniya) – 2:2
İlk oyun - 0:1
21:00. "Nomme Kalyu" (Estoniya) – "Seltik" (Şotlandiya) – 0:2
İlk oyun - 0:5
22:00.”Dinamo” (Xorvatiya) – "Saburtalo" (Gürcüstan) – 3:0
İlk oyun - 2:0
22:00. "Valletta" (Malta) – "Ferensvaroş" (Macarstan) – 1:1
İlk oyun - 1:3

# 511
avatar

Oxşar yazılar