188
19:05
30 İyul 2019

HDQ-nin qərargahında “Dəniz Kuboku”na dair fikir mübadiləsi aparılıb

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov Qazaxıstan Hərbi Dəniz Donanmasının nümayəndəsi 1-ci dərəcəli kapitan Kanat Niyazbekovun və İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi 1-ci dərəcəli kapitan Hüseyn Həsəninin rəhbərlik etdikləri nümayəndə heyətləri ilə görüşlər keçirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, görüşlərdə Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsinin təşkilinə dair fikir mübadiləsi aparılıb.