259
17:42
30 İyul 2019

Orta məktəbi medalla bitirən şagirdlərin sayı AÇIQLANDI

Təhsil naziri Ceyhun Bayramov “Ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında”əmrimzalayıb.

Nazirlikdən Lent.az -a bildirilib ki, əmrdə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların adları və sayı açıqlanıb. Belə ki, bu il təhsil müəssisələrini bitirən məzunlardan 112-si qızıl, 67-si isə gümüş medalla təltif olunub.

Qeyd edək ki, qızıl və gümüş medala namizədlər Nazirlər Kabinetinin 2010-cu il qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilib.