286
13:07
30 İyul 2019

Rusiyanın bu vilayətində 1 milyon hektar meşə yanıb

Rusiyanın Krasnoyarsk vilayətində baş verən yanğınlar nəticəsində 1 042 434 hektar meşə ərazisi yanıb.

Lent.az -ın yerli KİV-ə istinadən məlumatına görə, yanğınlar təkcə bu vilayətdə yox, qonşu İrkutsk vilayətində və Buryatiyada da davam edir.

Yerli ekspertlərin fikrincə, belə davam etdiyi təqdirdə yanğın Tayqa meşələrinin əksər hissəsini bürüyə bilər.