120
12:20
30 İyul 2019

Hərbçilərimiz Belarusa getdi

“BOO-2019” yarışlarında iştirak edəcək hərbçilərimizin bir qrupu Belarusa yola düşüb.
Müdafiə Nazirliyindən (MN) Lent.az -a verilən məlumata görə, “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Snayper həddi” müsabiqəsində iştirak etmək üçün Azərbaycan hərbçiləri Belarusa yola düşüb.
Yarışlar avqustun 3-dən 17-dək keçiriləcək.