4159
11:52
30 İyul 2019

Azərbaycanda uşaqlara ƏN ÇOX bu adlar qoyuldu

İnsana verilən ad gözəl və mənalı olmalıdır. Belə bir inam var ki, ad insanın taleyinin necə olmasında rol oynayır. Bir insan gün əzrində bütün sözlərdən çox öz adını eşidir. Gözəl sözü davamlı eşitmək isə insana xoş əhval-ruhiyə bəxş edir.

Bəs bu il Azərbaycanda doğulan körpələrə ən çox hansı adlar qoyulub?

Lent.az -ın məlumatına görə, bu il Azərbaycanda dünyaya gələn oğlan uşaqlarına qoyulan adlar arasında Yusif (1219), Əli (1127), Hüseyn (954) adları ilk üçlükdə yer alıb.

Bundan başqa, oğlan uşaqlarına Uğur (937), Ömər (699), Məhəmməd (677), Murad (672), Ayxan (538), Tunar (466), İbrahim (360), Ümid (360), Raul (359), Rəsul (329), Emil (319), Mehdi (301), Həsən (290), Kənan (280), Adəm (273), Cahid (261), Rəvan (258) adları daha çox verilib.

Siyahıda Fərid, Səid, Nihad, Tuncay, Amin, İsmayıl, Onur, Ramal, Fateh, Nihat, Sadiq, Cavidan, Elcan, Davud, Cəsur, Nurlan, Nicat, Emin, Turan, Süleyman, Ayaz, Elmir, İslam, Renat, Atilla, İlham, Azər, Səccad kimi adlar da üstünlük təşkil edib.

Qız uşaqlarına verilən adlar arasında isə artıq bir neçə ildir ilk üçlükdə yer alan adların siyahısı dəyişib. Belə ki, ilk üçlükdə yer alan adlar arasında Zəhra (1249) yenə ilk sırada olsa da, ikinci və üçüncü sırada olan Zeynəb və Fatimə adlarının yerini Aylin (815), Nuray (796) adları əvəzləyib.

Siyahıda sonrakı yerlərdə Zeynəb (792), Məryəm (779), Mələk (693), Fatimə (668), İnci (559), Dəniz (527), Ayan (504), Mədinə (474), Nilay (472), Ayla (419), Xədicə (386), Leyla (384), Banu (366), Yağmur (352), Fidan (300), Gülay (282) kimi adlar yer alıb.

Siyahıda sonrakı yerlərdə daha çox verilən adlar arasında Nəzrin, Aysu, Əsma, Damla, Miray, Nazlı, Nur, Nərgiz, Melisa, Aydan, Sevgi, Əsnad, Aişə, Dilək, Sofiya, Dərya, Günəş, Milana, Elif, Elay, Mehin, Mehriban, İlknur, Selin, Əsra, Şəms, Əsmanur, Amina, Ülkər, Cansu, İlayda kimi adlar var.