158
10:46
30 İyul 2019

Şagirdlərimiz olimpiadalarda medallar qazanıb

Fransanın paytaxtı Paris şəhərində məktəblilərin 51-ci beynəlxalq kimya olimpiadası (IChO) keçirilib.

Təhsil Nazirliyindən Lent.az -a bildirilib ki, bilik yarışında Azərbaycanı təmsil edən şagirdlər yüksək uğura imza atıblar.

Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü respublika liseyinin XI sinif şagirdi Əli Əliyevgümüş, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Fərid Əliyev bürünc medal qazanıb.

Qeyd edək ki, azərbaycanlı məktəbliləriyul ayı ərzində keçirilən beynəlxalq olimpiadalarda nailiyyətlər əldə edərək yarışmanın müxtəlif dərəcəli medallarına layiq görülüblər.

İyulun 7-14-də İsrailin Təl-Əviv şəhərində 50-ci Beynəlxalq Fizika Olimpiadası keçirilib. 80 ölkədən təxminən 400 şagirdin iştirak etdiyi yarışda Cəlilabad şəhəri Nizami Gəncəvi adına 1 nömrəli məktəb-liseyin XI sinif şagirdi Merac Məmmədov olimpiadanın bürünc medalına layiq görülüb.

İyulun 11-22-də Böyük Britaniyanın Bath şəhərində keçirilən 60-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında da (İMO2019) Azərbaycan məktəbliləri nailiyyət əldə ediblər. 110 ölkədən 621 şagirdin iştirak etdiyi bu olimpiadada Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev, həmin liseyin 10-cu sinif şagirdi Murad Ağazadə, Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbinin 11-ci sinif şagirdi Anar Rzayev 3 bürünc medal qazanıb.

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi Ramil Xammədov iyulun 14-21-də Macarıstanın Szeged şəhərində keçirilən məktəblilərin 30-cu Beynəlxalq Biologiya Olimpiadasında bürünc medal əldə edib.