315
19:45
29 İyul 2019

Mobil telefon, qulaqlıq və uşaqları gözləyən xəstəliklər

Mobil telefonlardan və qulaqlıqlardan uzun müddət istifadə etmək uşaqların sağlamlığına böyüklərdən daha çox mənfi təsir göstərir.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə türkiyəli professor Mustafa Gerek açıqlama verib.

Professor bildirib ki, 12 yaşından balaca uşaqlara cib telefonu, planşet və s. vermək doğru deyil:

“Ailələr uşaqların səsini kəsmək üçün onlara telefon verir. Texnoloji cihazlar arasında xüsusilə mobil telefonlar uşaqların sağlamlığına çox ciddi təsir edir. Cib telefonundan çox istifadə etmək onurğa başda olmaqla, sklet sistemini, göz və qulağı sıradan çıxarır. Film izləmək üçün telefon istifadə edənlərdə dayaq pozuqluğu, bel, boyun ağrıları, görmə və eşitmə ilə bağlı ciddi problemlər yaranır".

Professor onu da vurğulayıb ki, cib telefonundan qulaqlıq vasitəsilə istifadə uşaqlarda qulaqla bağlı xəstəliklər yaradır.

Həkim bildirib ki, qulaqlıq qulağa iki formada zərər vurur.

Bunlardan biri xarici qulağın infeksiyasıdır.

İkincisi isə telefondan çıxan radiasiya və səs dalğaları iç qulağı zədələyir.