107
12:59
29 İyul 2019

Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək

Avqustun 25-də Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək.
Heydər Əliyev Mərkəzindən APA -ya verilən məlumata görə, bununla əlaqədar 1980-ci ilədək istehsal olunan avtomobillərin sahibləri 20 avqust saat 18:00-dək AAF-da qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat üçün AAF ilə (012) 505 60 03 və ya (050) 295 01 00 telefon nömrələri, eləcə də [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlamaq xahiş olunur.
Qeydiyyatdan keçən avtomobil və sahibləri avqustun 25-də saat 15:30-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdırlar.
Yürüş paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edəcək.