142
10:15
29 İyul 2019

İki rayonda çox sayda abonent qazsız qaldı - SƏBƏB

İstirahət günlərində qazıntı işləri aparan şirkətlərin səhlənkarlığı nəticəsində 2 rayonda qaz təchizatına məhdudiyyət qoyulub.
Bu barədə Lent.az -a "Azəriqaz"ın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Mingəçevir şəhərinin “Günəşli Bağ” yaşayış massivinin qaz təchizatı üçün nəzərdə tutulan diametri 160 mm olan polietilen xətti ərazidə işləyən şirkət işçiləri qırıblar. Buna görə də 1 300 abonentin qaz təminatı dayandırılıb.
Lənkəranda isə yol tikinti şirkəti təmir zamanı diametri 110 mm olan qaz xəttini zədələyib. Nəticədə Parakənd kəndində ümumilikdə 470 abonent qazsız qalıb.
“Azəriqaz” İB hər iki halda operativ fəaliyyətə başlayaraq qaz təchizatını bərpa etməyə nail olub.