529
09:52
29 İyul 2019

DİQQƏT: Paytaxtın bu qəsəbəsində qaz olmayacaq

Paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində 2 saat qaz olmayacaq.
Bu barədə Lent.az -a "Azəriqaz"ın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qaz ölçü qovşaqlarında mövcud qurğuların dövlət yoxlamasından keçirilmiş digər qurğularla əvəz olunması ilə əlaqədar sözügedən ərazidə bir qrup abonentin qaz təchizatı saat 11:00-13:00-dək dayandırılacaq.