315
17:00
27 İyul 2019

Darçının insan üçün inanılmaz faydaları

Dəfnəkimilər fəsiləsindən olan darçın zəngin qida dəyərliliyi olan çox güclü antioksidantdır.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qidalanma və pəhriz mütəxəssisi Büşra Çəngəl danışıb.

Onun sözlərinə görə, darçın immuniteti gücləndirməklə kifayətlənmir, xəstəliklərə qarşı bədənin mübarizə aparır.

Yüksək təzyiq problemində fayda verən darçın, həmçinin xərçəng xəstəliyinin müalicəsində böyük effekt verir.

Sərbəst radikalların böyüməsinin qarşısını alan darçın orqanizmin tez yaşlanmasının qarşısını alır.

Bağırsaqlarda yaranan göbələk və bakteriyalara qarşı mübarizə aparan darçın köpmə və həzm problemləri üçün də faydalıdır.

Darçının qanda şəkəri tənzimlədiyini açıqlayan dietoloq bildirib ki, ondan istifadə etməklə günə daha enerjli başlamaq olar.

Bu xüsusiyyəti şirniyyat yemək istəyinin qarşısını alır.

İnsana toxluq hissi verir, qidaların daha yavaş parçalanmasını təmin edərək aclıq hissini azaldır.