135
14:44
27 İyul 2019

Kəmaləddin Heydərov Ağdamda vətəndaşları qəbul edib

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Ağdam rayonunun Quzanlı qəsəbəsində Ağdam rayonunun sakinlərinin, həmçinin bu rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.
Lent.az -ın nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar naziri tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan əlavə, Fövqəladə Hallar nazirinin birinci müavini Rəfail Mirzəyev Ağcabədi şəhərində Ağcabədi rayonunun, Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev isə Beyləqan şəhərində Beyləqan rayonunun sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbul edib.