252
10:33
27 İyul 2019

Azərbaycanda 734 nəfərdə bu xəstəlik AŞKARLANDI

2018-ci ildə Azərbaycanda 110 nəfərdə ilk dəfə qoyulmuş diaqnozla daun sindromu qeydə alınıb.
Dövlət Statistika Komitəsindən APA -nın sorğusuna cavab olaraq bildirilib ki, 2018-ci ilin sonuna olan məlumata əsasən, müalicə-profilaktika müəssisələrində daun sindromu diaqnozu ilə 734 nəfər qeydiyyatda olub.
Onlardan 561 nəfəri 0-13 yaş qrupuna, 87 nəfəri 14-17 yaş qrupuna, 43 nəfəri 18-29 yaş, 43 nəfəri isə 30 və yuxarı yaş qrupuna aiddir.