1080
18:20
28 İyul 2019

Böyürtkən mürəbbəsini belə hazırlayın - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Emma'nın Mətbəxi” adı ilə məşhur olan səhifəyə istinadla böyürtkən mürəbbəsi resepti ilə tanış edəcəyik.
Tərkibi:
2 kq böyürtkən, 2 kq şəkər tozu, yarım limonun suyu (və ya limon duzu).
Hazırlanma qaydası:
Mürəbbə üçün yalnız dəymiş, amma zədələnməmiş giləmeyvələr seçilir, bol su ilə yuyulur və suyu süzgəc vasitəsilə süzülür. Bişiriləcək qaba şəkər tozu və böyürtkəni tökərək, meyvənin suyunu buraxmasını gözləyirik (təxminən yarım saat). Bu mürəbbədə su tökülmür, çünki özünün suyu çox olur.
Daha sonra hazırladığımızı az təzyiqdə qaza qoyuruq, tam şirə çıxdıqdan sonra isə təzyiq artırılır. Mürəbbə hazır olmağa yaxın yarım limon suyu əlavə edilir, qarışdırılır. 10 dəqiqə də qaynadılır və isti bankalara doldurularaq, ağızları bağlanılır. Sərin yerdə saxlanılır.
Nuş olsun!