224
12:22
26 İyul 2019

Bu rayonlarda qaz olmayacaq

Aşkarlanan qaz sızmalarının ləğvi məqsədilə bu gün bir sıra rayonda qazın verilməsi dayandırılacaq.

“Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Lent.az -a bildirilib ki, saat 13.00-dan 18.00-dəkMasallı, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar rayonlarında bir neçə yaşayış məntəqəsi və sənaye müəssisələrindən birində qaz təchizatı dayandırılacaq.